Rusiyada yaşayan iki azərbaycanlı alim elm və texnologiya sahəsində dövlət mükafatına layiq görülüblər.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin 3179 saylı sərəncamı ilə elm və texnologiya sahəsində 2022-ci il mükafatına bir çox elm adamları layiq görülüb.
Mükfata layiq görülənlər arasında iki həmyerlimiz də var.
Onlar texnika elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Adıgözəl oğlu Qocayev və iqtisad elmləri namizədi, “Krokus İnternational” Səhmdar Cəmiyyətinin prezidenti Araz İsgəndər oğlu Ağalarovdur.
Qocayev Rusiya Federasiyasının Uzaq Şimal ərazilərinin sürətləndirilmiş sosial-iqtisadi inkişafı üçün yüksək səmərəli təkərli nəqliyyat və texnoloji vasitələrinin işlənilib hazırlanmasına görə, Ağalarov isə xüsusi təbii və texnogen şəraitə malik tikilmiş ərazilərin işlənməsi zamanı bina və tikililərin mexaniki təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi üçün universal texnologiyanın işlənib hazırlanması və tətbiqinə görə Rusiya hökumətinin mükafatına layiq görülüblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:24 / 14.12.2022
Bu azərbaycanlılar Rusiyada mükafata layiq görüldülər
Hazırda oxunan: Bu azərbaycanlılar Rusiyada mükafata layiq görüldülər
Hazırda oxunan: Bu azərbaycanlılar Rusiyada mükafata layiq görüldülər
109665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.