Regionlarda kirayə qiymətləri bu səbəbdən artıb 

Hazırda oxunan: Regionlarda kirayə qiymətləri bu səbəbdən artıb 

109615

Yeni il ərəfəsində Bakıdan ölkənin regionlarına axın olur. Quru sərhədləri bağlı olduğu üçün ölkə vətəndaşlarının əksəriyyətinin 2023-cü ili müxtəlif şəhər və rayonlarımızda qarşılamağa üstünlük verəcəyi gözlənilir. 

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, əmlak makleri Pünhan İsmayılov bildirib ki, bayram günlərində kirayə qiymətləri adi günlərlə müqayisədə təxminən 2 dəfə yüksək olur. 

"Belə ki, adi günlərdə İsmayıllıda evlərin birgünlük kirayə qiyməti 50 manat olurdusa, yeni il ərəfəsində bu məbləğ 100-200 manat arasında dəyişir. Çünki evlərə tələb yüksək olur. Təklif etdiyimiz evlərin demək olar ki, hamısını birgünlük və həftəlik kirayəyə verə bilirik", - deyə o bildirib. 

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə bildirib ki, bayram günlərində kirayə evlərin qiymətində artım, əsasən, dekabr ayının sonlarına yaxın başlayır:

"Yeni İl bayramı ilə əlaqədar qış turizmi üçün əlverişli regionlarda evlərin günlük kirayə haqqının bahalaşması gözlənilir. Qiymət artımı yanvarın ortasına qədər davam edəcək. Bu illərdir davam edən tendensiyadır. Evlərin günlük kirayəyə verilməsi daha çox Qubada, Qusarda, Qəbələdə, İsmayıllıda, Şəkidə, Qaxda müşahidə olunur. Birgünlük kirayə qiymətləri evlərin şəraitindən aslı olaraq dəyişir", - deyə ekspert qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin