Koronavirus mədəaltı vəzini də sıradan çıxarır – Alimlər açıqladı

Hazırda oxunan: Koronavirus mədəaltı vəzini də sıradan çıxarır – Alimlər açıqladı

10960

Almaniyalı və kanadalı bioloqlar yeni növ koronavirus infeksiyasının hissəciklərinin mədəaltı vəzin hüceyrələrinə daxil olaraq orqanın içərisində çoxaldığını aşkar ediblər.

Bizim.Media xəbər verir ki, alimlərin məqaləsi “Nature Metabolism” jurnalında dərc edilib.

“Koronavirusa yoluxan şəxslərin sağlamlıq vəziyyətinə dair müşahidələr göstərib ki, infeksiya tez-tez insan bədənindəki qlükozanın dövriyyəsində narahatlıqlar yaradır, lakin bunun səbəbləri bizim üçün aydın deyildi.

 

MÖVZU İLƏ BAĞLI:

''Yoluxma azalsa da ölümdə rekord artım var'' - ÜST-dən açıqlama


“SARS-CoV-2”nin insulin istehsal edən beta hüceyrələri də daxil olmaqla mədəaltı vəzin həm ekzokrin, həm də endokrin hüceyrələrinə nüfuz edə bildiyini və orada çoxaldığını aşkar etdik” - tədqiqatçılar yazıblar.

Qeyd edək ki, “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheymer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin