Ekofəalların Laçın yolunda aksiya keçirdiyi ərazidə Rusiya sülhməramlılarının təminat avtomobilinin keçidi üçün imkan yaradılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 15:44 radələrində Azərbaycan ərazilərində fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinə məxsus "Kamaz" və "UAZ" markalı avtomaşınlar aksiya keçirilən ərazidən qarşı tərəfə keçib.
Qeyd edək ki, ruslara məxsus maşınlar Xankəndi istiqamətindən Laçın istiqamətinə hərəkət edib.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:01 / 14.12.2022
Aksiya keçirilən ərazidən sülhməramlıların təminat avtomobili keçdi – VİDEO
Hazırda oxunan: Aksiya keçirilən ərazidən sülhməramlıların təminat avtomobili keçdi – VİDEO
Hazırda oxunan: Aksiya keçirilən ərazidən sülhməramlıların təminat avtomobili keçdi – VİDEO
109577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.