“Azərbaycanın Qarabağ bölgəsində hadisələrin necə inkişaf etməsi ilə bağlı yaranan əsas suallardan biri də sülhməramlı qüvvələrin hansı addımları atmalı olduğu ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Eks nazir ilk növbədə vəziyyətin spesifikliyinə diqqət çəkib:
“Sülhməramlılar və Birgə Monitorinq Mərkəzinin tərəflərin təsdiq etdiyi mandatı yoxdur və qəbul edən dövlətlə anlaşma memorandumu imzalanmayıb. Bundan başqa, bu missiyanın yerləşdirilməsinin hüquqi əsası ölkə rəhbərliyinin fəaliyyətinin Azərbaycanın suveren ərazisində yerləşdirilməsi ilə bağlı razılığına əsaslanır. Eyni zamanda qeyd etmək lazımdır ki, bəyanatla bağlı ölkədaxili hüquqi prosedurlar hələ tamamlanmayıb.
Missiyanın iştirakçıları üç dövlətdir. Azərbaycan ev sahibi ölkədir. Rusiya və Türkiyə isə iştirakçı dövlət kimi öz hərbi kontingentini bölgəyə göndərib. Qeyd etmək vacibdir ki, bu missiya hər üç iştirakçı tərəfindən maliyyələşdirilir. Azərbaycanın rəsmi mövqeyinə görə, həll edilməsi 28 il ATƏT-in Minsk qrupunun vəzifəsi olan “Dağlıq Qarabağ münaqişəsi” başa çatıb”.
Tofiq Zülfüqarov bu gün Azərbaycanın qarşısında hansı vəzifələrin durduğunu da diqqətə çatdırıb:
“- Ermənistan Respublikasının Azərbaycana qarşı silahlı təcavüzünün nəticələrini nəhayət aradan qaldırmaq;
- Respublikanın silahlı qüvvələri tərəfindən 857 min Azərbaycan vətəndaşına qarşı həyata keçirilən ümumi etnik təmizləmənin nəticələrinin aradan qaldırılması, qaçqın və köçkünlərin daimi yaşayış yerlərinə ləyaqətlə və təhlükəsiz qayıtması üçün şəraitin təmin edilməsi;
- Azərbaycan Respublikasının erməni əhalisinin kompakt yaşayış yerlərində siyasi və hüquqi reinteqrasiyası prosesini təmin etmək.
Sülhməramlı qüvvələr və birgə monitorinq mərkəzi məhz bu məqsədlərin həyata keçirilməsi üçün vasitə kimi dəvət ediliblər”.
Sabiq nazir vurğulayıb ki, Qarabağda yaşayan erməni vətəndaşlarımızın reinteqrasiyası prosesinin heç bir dövlətlə müzakirə olunmasının nəzərdə tutulmur:
“Beynəlxalq təcrübəyə görə, sülhməramlı missiyaların fəaliyyəti vaxt baxımından məhduddur və qəbul edən dövlət tərəfindən hər hansı suveren hüquqların verilməsini, heç bir ekstraterritorial səlahiyyətləri nəzərdə tutmur.
Ona görə də sülhməramlılar və Monitorinq Mərkəzi kimi hərbi-texniki alətin fəaliyyəti Azərbaycanın dövlət strukturlarının fəaliyyətinə dəstəkləyici yardımdan kənara çıxan hər hansı hərəkəti nəzərdə tuta bilməz.
Bu rol və bu vəziyyətdən irəli gələn səlahiyyətlər sülhmərmalıların və Birgə Monitorinq Mərkəzinin rəhbərliyi tərəfindən tanınmalı və ciddi şəkildə həyata keçirilməlidir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 14.12.2022
“Qarabağdakı ermənilərin reinteqrasiyası heç bir ölkə ilə müzakirə edilməyəcək” – SABİQ NAZİR
Hazırda oxunan: “Qarabağdakı ermənilərin reinteqrasiyası heç bir ölkə ilə müzakirə edilməyəcək” – SABİQ NAZİR
Hazırda oxunan: “Qarabağdakı ermənilərin reinteqrasiyası heç bir ölkə ilə müzakirə edilməyəcək” – SABİQ NAZİR
109576
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.