Rəqsanədən kürəkəninə: “Aysunu elə qoru ki, ona toz belə qonmasın” - VİDEO

Hazırda oxunan: Rəqsanədən kürəkəninə: “Aysunu elə qoru ki, ona toz belə qonmasın” - VİDEO

109486

Xəbər verdiyimiz kimi, bu gün müğənni Aysun İsmayılovanın yenicə barışdığı həyat yoldaşı Eşqin Cəlilovun doğum günüdür. 

Bizim.Media xəbər verir ki, Aysunun müğənni anası Rəqsanə İsmayılova qonaq olduğu “Səhərin səsi” verilişində kürəkənini doğum günü münasibəti ilə təbrik edib. 

Rəqsanə canlı efirdə “öyüd-nəsiyyət” də verib: 

“Eşqini ad günü münasibəti ilə təbrik edirəm. Aysun ilə Eşqin arasında xoşaqəlməz məqamlar yaşandı. Aysun ilk övladımdır. Qısa zamanda da o ətrafına tamaşaçı toplayıb. Oxuyur, yaxşı məclislərə gedir. Efir vasitəsi ilə Eşqinə bildirmək istəyirəm ki, qadınlar siz kişilərə əmanətdir.

Qadınlarınızı elə qoruyub, saxlayın ki, ona toz belə qonmasın. Eşqindən istəyim budur. Sənə can sağlığı arzu edirəm. Allah sizi xoşbəxt etsin. İstəmərəm ki Aysun ilə Eşqinin ailə həyatında axsamalar olsun. Çalışın ki, olmasın. Ailə qurmaq çox asandır. Amma onu saxlamaq çox çətindir. Biri od olanda, gərək biri də su olsun”. 

Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub. 

Bir neçə həftə əvvəl isə müğənni “Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım” fikirləri ilə uzun sürən sükutu pozub. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin