Fransa ilkin şərt olmadan Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Paris, həmçinin “10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli atəşkəs bəyanatının müddəalarına əməl olunmasının zəruriliyini” xatırladıb.
"Azərbaycan Laçın dəhlizi ilə iki istiqamətdə insanların, nəqliyyatın və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb", - Fransa Nazirliyinin bəyanatında bildirilir.
Yeri gəlmişkən, rəsmi Paris yenə Azərbaycanın daxili işlərinə qarışır və dəhlizin rus sülhməramlıları tərəfindən bağlandığını gözardına vurur. Azərbaycanlı fəallar sadəcə olaraq ekoloji terrora qarşı dinc aksiya keçirirlər.
Qeyd edək ki, artıq 3-cü gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:26 / 14.12.2022
Fransa yenə Azərbaycanın daxili işlərinə qarışdı: “Laçın dəhlizi açılmalıdır”
Hazırda oxunan: Fransa yenə Azərbaycanın daxili işlərinə qarışdı: “Laçın dəhlizi açılmalıdır”
Hazırda oxunan: Fransa yenə Azərbaycanın daxili işlərinə qarışdı: “Laçın dəhlizi açılmalıdır”
109473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.