Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirib, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb ediblər.
Gecəni şüarlar səsləndirməklə keçirən aksiyaçılar eyni əhval-ruhiyyə ilə yeni günün səhərini qarşılayıb. Onlar bir daha vurğulayıb ki, tələbləri yerinə yetirilənə qədər aksiya davam edəcəklər.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu