Laçın dəhlizindəki etirazçılar danışdı - Aksiyadan SON GÖRÜNTÜLƏR - ÖZƏL - VİDEO

Hazırda oxunan: Laçın dəhlizindəki etirazçılar danışdı - Aksiyadan SON GÖRÜNTÜLƏR - ÖZƏL - VİDEO

109434

Gecə saatları və havanın soyuq olmasına baxmayaraq ekoloq və fəallarımız Xankəndi-Laçın yolunda humanitar aksiyanı davam etdirirlər. Onlar şüarlarla öz tələblərini səsləndirir və əraziyə general Volkovun gəlməsini tələb edirlər. 

Bizim.Media-nın hazırda hadisə yerində olan Qarabağ bürosu dinc aksiyada iştirak edən QHT nümayəndələri və fəallarla danışıb. 

Birinci Qarabağ müharibəsi qazisi, jurnalist Rey Kərimoğlu əməkdaşımızla söhbətində bildirib ki, aksiya başladığı templə davam edir və əraziyə insan axını artır. 

“Ermənilər ərazilərimizdəki faydalı qazıntılarımızı talan edirlər və Azərbaycan xalqı da buna etiraz edir. Azərbaycan nümayəndələri eləcə də Ekologiya Nazirliyi mütəxəssisləri həmin ərazilərə monitorinqin təşkili üçün buraxılmalı idilər, amma buraxmadılar. General Volkov gələcəyini deyib, gəlmədi. Burada Azərbaycan vətəndaş cəmiyyəti və jurnalistlərin etiraz səsləri ucaldıldı”, - deyə Rey Kərimoğlu qeyd edib. 

Bizim.Media-ya danışan aksiya fəalı jurnalist Vüsal Məmmədov bildirib ki, yollar etirazçılar tərəfindən deyil, sülhməramlılar tərəfindən ikitərəfli şəkildə bağlanıb:

“Yol getmək üçündür, biz sadəcə öz torpaqlarımıza gedib, ərazilərdə monitorinq etmək istəyirik. Bu isə həm Azərbaycan vətəndaşlarının, həm dövlət qurumlarımızın təbii haqqıdır. Bunu nəinki digər qanunlar, hətta 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat da qadağan etmir”. 

Aksiya fəalı bildirib ki, sözügedən ərazilərdə monitorinqə icazə verilənədək etirazlara davam edəcəklər. 

Sözügedən video-materialı təqdim edirik: 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin