İşğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı iclas keçirildi 

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı iclas keçirildi 

10943

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin əsas məqsədlərindən biri olan həmin ərazilərə əhalinin qayıdışı ilə bağlı konkret vəzifələr müəyyən etmiş və bu istiqamətdə zəruri tapşırıqlar verib.

Bizim.Media xəbər verir ki, İşçi Qrupunun rəhbəri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
 

MÖZVU İLƏ BAĞLI:

UNESCO Qarabağa missiya göndərməyə hazırlaşır – Ətraflı


Daha sonra Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan fəaliyyətlərə dair geniş müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin