Britaniya miqrasiya qaydalarını SƏRTLƏŞDİRİR – Bu miqrantlar geri qaytarılacaq  

Hazırda oxunan: Britaniya miqrasiya qaydalarını SƏRTLƏŞDİRİR – Bu miqrantlar geri qaytarılacaq  

109420

Böyük Britaniyada miqrasiya qaydaları dəyişəcək və ölkəyə qanunsuz daxil olan hər kəs dərhal ölkədən çıxaracaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkə parlamentinin İcmalar Palatasında qanunsuz miqrasiya ilə mübarizə planını təqdim edərkən məlumat verib. 

“Hüquq-mühafizə orqanları qeyri-qanuni miqrantları saxlayacaq və onları tezliklə öz vətənlərinə deport edəcək və ya sığınacaq xahişinə baxılaraq təhlükəsiz ölkəyə göndərəcəklər. Daha çox kiçik şişirmə qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olan qeyri-qanuni miqrantlar deportasiyadan şikayət edə bilməyəcək, çünki onların Britaniya vətəndaşlığı və ya ölkədə yaşamaq icazəsi almaq üçün bütün yolları bağlanacaq”,- deyə Sunak qeyd edib. 

Baş nazir hökumətin Boris Conson kabinetinin Böyük Britaniyaya qanunsuz yolla girən, ölkədən sığınacaq axtaranların Ruandaya göndərilməsi üçün başlatdığı proqramı həyata keçirəcəyini açıqlayıb.  
Qeyd edilib ki, yeni qanun layihəsi gələn ilin əvvəlində parlamentə təqdim edilməlidir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin