Qış aylarında əhaliyə satılan qazın limiti artırılacaq? – Deputatdan ŞAD XƏBƏR

Hazırda oxunan: Qış aylarında əhaliyə satılan qazın limiti artırılacaq? – Deputatdan ŞAD XƏBƏR

109372

Havaların kəskin soyuması əhalinin mavi yanacağa olan tələbatını xeyli artırıb. Artan təlabat isə QAZ söhbətlərini yenidən gündəm edib. Mövcud qiymətlər və qoyulan limit xeyli mübahisə mövzusudur.

Bəs, nə etməli? Qazın qiymətini aşağı salmaq və yaxud limiti artırmaq- hansı variant daha optimaldır?

Məsələ ilə bağlı Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, enerji daşıyıcıları ilə bağlı problem bütün dünyada var:

“Məsələn, bəzi Avropa dövlətlərində ilin sonunda əhalinin yaranmış borcu sıfırlanır. Yaxşı olar ki, belə bir variant bizdə də tətbiq edilsin. Bu təkliflə parlamentdə də çıxış etmək planım var. Yaxşı olar ki, əhalinin borcları 1 yanvarda sıfırlansın”.

Millət vəkili onu da əlavə etdi ki, qazın qiymətinin aşağı salınması hazırda gündəmdə deyil:

“Amma limit məsələsinə əlbəttə ki, baxıla bilər. Müəyyən qədər limit artırıla bilinər ki, əhali əziyyət çəkməsin, borca düşməsin. Elə bir orta limit müəyyən edilməlidir ki, həm əhali əziyyət çəkməsin, həm də SOCAR ziyana düşməsin. Burda bir variant da var. Mümkündür ki, ən azı qış aylarında əhaliyə satılan qazın limiti artırılsın. Onsuz da yayda heç kim limiti keçmir. Qış aylarında da müəyyən güzəşt edilsə əhalimiz əziyyət çəkməz. Əlbəttə ki, bu məsələdə son söz SOCAR-ındır. Görək onlar bu məsələlərə nə deyir?!”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin