Moskvada Rusiyanın ən nüfuzlu “Qızıl qrammofon” mükafatlandırma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, 27-ci dəfə baş tutan gecədə Xalq artisti Emin Ağalarov sözügedən mükafata layiq görülüb.
“На обратной стороне” (Digər tərəfdə) mahnısına görə estrada ulduzu həmkarlarının xəyal etdiyi mükafata sahiblənib.
Bu, onun çoxsaylı musiqi mükafatları arasında sayca dördüncü “Qızıl qrammofon”dur.
Sənətçi qatıldığı tədbirdən əlində “Qızıl qrammofon” heykəlciyi ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq mükafatı sayca dördüncü dəfə aldığını yazıb.
Rəşad Əliyev, Bizim.Media
