Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO 

Hazırda oxunan: Məktəbdə ŞOK HADİSƏ: Müəllim birinci sinif şagirdlərini görün necə HƏDƏLƏDİ? - FOTO 

109346

Sosial şəbəkələrdə paylaşılan bu status qısa müddətdə ictimaiyyətin qınaq obyektinə çevrilib.

Parvana Rasim adlı feysbuk istifadəçisinin paylaşımında öz övladı ilə yanaşı bir neçə 1-ci sinif şagirdinin müəllim tərəfindən qaranlıq otağa salınacaqları ilə bağlı hədələndiyi bildirilir.

Bizim.Media xəbər verir ki, valideyn öz paylaşımında bu sözləri yazıb:

“Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir. Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir.
Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib.

Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar  təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir”.

Valideyn həmçinin qeyd edib ki, bu məktəbdə uşaqlara qarşı fiziki və psixoloji şiddət adi hal alıb: 

“Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib.

Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki "müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdi bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya bildirəndə, "mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram", - dedi. 
Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə, Cəsarət Valehova müraciət etsəm də, heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiniz onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkün imiş”.

Yaşanılan hadisəni şərh etmək üçün 25 nömrəli məktəbin direktor Fəridə Şərifova ilə əlaqə saxladıq. Direktor bildirib ki, bu barədə məlumatlıdır və müəllimlə danışaraq bu qədər sərt tənbeh etməyinin gərəksiz olduğunu deyib:

“Uşaqlar ev tapşırığını etməyiblər, müəllim də lövhəyə çıxarıb tənbeh edib ki, ev tapşırığını edin. Müəllimin xüsusilə də uşaqların şəklini çəkib qrupa göndərməyi düzgün deyil. Müəllim sertifikasiyadan 56 bal toplayıb, təcrübəli və savadlı müəllimdir. İfrat tələbkarlıq göstərib ki, uşaqlar ev tapşırıqlarını etsinlər.

Valideynlərin narazılığını başa düşürük, amma bu cür davranış çıxış yolu deyil. Şagirdə qarşı amansızlıq doğru olmadığı kimi, müəllimə qarşı da olunanları düzgün hesab etmirəm. Təbii, araşdıracağıq, çarəsini görəcəyik, amma nə edək, uşaqlarımızı bu cür metodlarla təlimdən-tərbiyədən də kənar saxlamaq olmaz.
Müəllim də insandır, yaradıcıdır, onu da ruhdan salmaq əsla doğru deyil. Amma biz yenə də qanunlara, qaydalara söykənəcəyik”. 

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə valideynin paylaşdığı posta şərh bildirib qeyd edib ki, “Hörmətli Pərvanə xanım, narahat olmayın. Məşğul olacağıq”. 

Aləmdə Nəsib, Bizim.Media 





Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin