“Azərbaycanın atəşkəs dövründə gördüyü işlər Qarabağ zəfərini gətirdi" - Çavuşoğlu

Hazırda oxunan: “Azərbaycanın atəşkəs dövründə gördüyü işlər Qarabağ zəfərini gətirdi" - Çavuşoğlu

109307

"Atəşkəs dövründə Azərbaycanın gördüyü hazırlıqlar Qarabağ zəfərini gətirdi. Türkiyə qələbədən dərhal sonra sülh və yenidənqurma səylərinə öz dəstəyini göstərib".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib.

"Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik" - deyə nazir qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə XİN rəhbəri: “Ermənistan da ağıllanar və dəhlizlərdən faydalanar”


Çavuşoğlunun sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb, bunun nəticəsində Türkiyəni və Türk dünyasını Şərq-Qərb axınının mərkəzinə yerləşdirib:

“Azərbaycanla birlikdə Özbəkistan, Qazaxıstan və Türkmənistanla üçtərəfli formatlarımız nəzərəçarpacaq nəticələr verməkdə davam edir. Qismət olsa, sabah səhər Azərbaycan və Türkmənistanla keçirəcəyimiz üçtərəfli zirvə görüşünə hazırlıq üçün energetika və nəqliyyat nazirlərimizlə birlikdə Avazaya gedəcəyik. Müdafiə sənayesindəki uğurlarımız isə çəkindirici gücümüzü artırmaqla yanaşı, diplomatiyada bizim üçün yeni sahələr açıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin