"Volkov gəlməsə, bir addım da geri çəkilməyəcəyik" - VİDEO

Hazırda oxunan: "Volkov gəlməsə, bir addım da geri çəkilməyəcəyik" - VİDEO

109285

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları bir sutkadır davam edir. Ötən gün səhər saatlarından başlayan aksiya gecə boyu davam edib. Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Bizim.Media xəbər verir ki, hazırda aksiya iştirakçıları “Volkov bura gəl” şüarı səsləndiriblər.

Bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başladı - VİDEO


İştirakçılardan biri qeyd edib ki, sülhməramlıların komandiri, general-mayor Andrey Volkov əraziyə gələnədək buranı heç kəs tərk etməyəcək.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin