Çingiz xanın ölüm səbəbi AÇIQLANDI 

Hazırda oxunan: Çingiz xanın ölüm səbəbi AÇIQLANDI 

10927

Bizim.Media “Live Science” dərgisinə istinadən məlumat verir ki, Avstraliya alimləri monqol sərkərdəsi Çingiz xanın ölüm səbəbini müəyyənediblər. 

Dahi sərkərdə Çingiz xanım ölüm səbəbi bu güə qədər sirr olaraq qalırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Çin höküməti 250 milyon müsəlmanın hər addımını izləyirmiş


Rəvayətlərə görə Çingiz xan son anlarında öz ölüm səbəbininailəsi və ardıcılları tərəfindən sirr olaraq saxlanmasını əmr edib.

Onun xatirəsinə hörmət edən yaxınları və adını ləkələmək istəyən düşmənləri isə bu illər ərzində Çingiz xanın ölüm səbəbi ilə bağlı müxtəlif rəvayətlər uydurub. Bu rəvayətlərin heç biri isə gerçəkliyi əks etdirmir.

Bu həftə isə Beynəlxalq Yoluxucu Xəstəliklər Dərnəyinin yayımladığı araşdırmada Çingiz xanın gerçək ölüm səbəbinin müəyyən olunduğu qeyd edilib.

Avstraliyanın Flinders Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Çingiz xan XIII əsrdə Çində geniş yayılmış vəbaya yoluxub.

Tarixi mənbələri araşdıran alimlər 18 avqust və 27 avqust 1227-ci il tarixlərində Çinin Qərbinə hərbi səfərə çıxan Çingiz xanın özünü yaxşı hiss etmədiyini və hərarətləndiyini ortaya çıxarıblar. Xəstəliyin başlanğıcından 8 gün sonra isə imperator vəfat edib. 

“Tarixi mənbələrdə imperatorun xəstəliyi ilə bağlı verilən simptomlar onun vəbaya yoluxduğunu göstərir”, deyə Universitetin əməkdaşı Françesko Gerrasi qeyd edib.

O, Çingiz xanın məzarının yerinin bilinmədiyini, ona görə də cəsədi üzərində hər hansı tibbi araşdırmanın aparılmasının mümkün olamdığını qeyd edib.

Lakin Gerrasinin fikrincə, buna baxmayaraq əldə olunan nəticələr hələ ki, nəticəyə ən yaxın olanlardır.

1162-ci ildə Monqolustanda dünyaya gələn Çingiz xan, 1207-ci ildə böyük Monqol İmperiyasını qurmuş və 1227-ci ildə vəfat etmişdi. Vəfat etdiyində Monqol imperiyasınin əraziləri Roma imperiyasından 2.5 dəfə böyük idi.

Çingiz xanın genetik mirası da olduqca genişdir. 2003-cü ildə aparılan araşdırmaya əsasən dünyadakı hər 200 kişidən 1-i birbaşa Çingiz xanın nəslindən gəlir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin