“Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov qızı Suğra ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, övladının beş ayı olduğunu yazan sənətçi onunla birgə evdə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.
“5 ayımız oldu. Bu balaca qız oyunlarımı çox sevir. Pült özü qədər ağır olmasa, indidən qarşılıqlı oynayırdı” , - deyə F.Eminov bildirib.
Qeyd edək ki, Fərid Eminov məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızı pianoçu L.Namazzadə ilə evlidir. Bu, Fəridin ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media

