Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Danışıqlar zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə edilib.
Bizim.Media xəbər verir ki, daha sonra Kremlin sahibinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Rusiya mətbuatı yazır ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsi müzakirə predmeti olub.
Həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Cənubi Qafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpasına dair layihələrə xüsusi diqqət yetirilib.
Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
17:18 / 12.12.2022
Putin İlham Əliyevdən sonra Paşinyanla danışdı
Hazırda oxunan: Putin İlham Əliyevdən sonra Paşinyanla danışdı
Hazırda oxunan: Putin İlham Əliyevdən sonra Paşinyanla danışdı
109189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.