“2022-ci ildə 62 min kub.metrə yaxın odun tədarük olunub və qazlaşdırılmayan yaşayış mənqələrində yaşayan əhaliyə, eləcə də ehtiyacı olan müəssisələrə satışı təşkil olunub. Daşınması və çatdırılması təmin edilib. Odun tədarükü işləri indi də davam etdirilir”.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib.
O, qeyd edib ki, hazırda Elm və Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin yerlərdəki qurumlarına, o cümlədən qazlaşdırılmamış yaşayış məntəqəsi əhalisinə odun tədarükü davam etdirilir:
“Müdafiə Nazirliyinin hərbi hissələrinin, Sərhəd Qoşunlarının bölümlərinin, Səhiyə Nazirliyinin bəzi yerlərdəki xəstəxanalarının, eyni zamanda Elm və Təhsil Nazirliyinin təhsil müəssisələrinin oduna olan ehtiyacını ödəməkdən ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən hər il qırma sahələri ayrılır. Bu sahələrdə qırıntı üçün yaşı keçmiş, bioloji inkişafdan qalmış, kök üstə qurumuş və xəstə ağaclar qırma üçün ayrılır. Bundan sonra odun tədarük olunur və aşağı anbarlara çıxarılır. Buradan əhaliyə və qeyd etdiyim müəssisələrə satışı təşkil olunur. Təbii səbəblərdən – qardan, küləkdən, borandan, yıxılmış, sınmış və aşmış ağaclardan da odun tədarük edirik”.
Xidmət mütəxəssisi onu da əlavə edib ki, paralel olaraq qazlaşdırılmamış yaşayış məntəqələrində yanacaq kimi alternativ istilik mənbələri də axtarılır və tətbiq edilir:
“Oduna alternativ olan qaz, ondan sonra elektrik enerjisidir. Qazlaşdırılmamış yaşayış məntəqələrimizdə elektrik enerjisindən də geniş istifadə olunur. Amma elektrik enerjisi baha başa gəlir. Buna görə də yaxşı olardı ki, enerji istehsal etmək sahəsində fəaliyyət göstərən şirkətlər külək və günəş enerjisindən istifadə etsinlər. Düzən küləkli rayonlarımızda külək enerjisindən yararlanmaq olar. Külək və günəş enerjisi həm də daha ucuz, sərfəli enerji təminatıdır. Bilirsiniz ki, meşəsi az olan ölkələr sırasındayıq. Ərazimizin cəmi 11,8 faizi meşələrlə örtülüdür. Bu baxımdan olan meşələrimizi qorumalı, artırmalı və zənginləşdirməliyik”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 12.12.2022
Qaz olmayan kəndlərdə əhali odunu necə ƏLDƏ edir? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Qaz olmayan kəndlərdə əhali odunu necə ƏLDƏ edir? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Qaz olmayan kəndlərdə əhali odunu necə ƏLDƏ edir? – Rəsmi AÇIQLAMA
109139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.