Heydər Əliyevin fotoqrafı: “100 illiyində özünün görmədiyi şəkillərdən sərgi təşkil edəcəyəm” - VİDEO

Hazırda oxunan: Heydər Əliyevin fotoqrafı: “100 illiyində özünün görmədiyi şəkillərdən sərgi təşkil edəcəyəm” - VİDEO

109118

“Gələn il Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq. Çox səmimiyyətlə hazırlaşıram. Ümummilli liderimizin məndə olan kadrları heç kimdə yoxdur. İş vaxtı və kənardakı əhvalatlarının hamısının içində mən olmuşam. Elə şəkilləri var ki, onu heç özü də görməyb. O şəkillərdən ibarət böyük bir sərgi təşkil edəcəyəm. Qoy xalq görsün ki, Heydər Əliyev nə qədər ciddi olsa da, o qədər də sadə idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Xəzər TV-nin “Səhər mərkəzi” proqramında Heydər Əliyevin vəfatının ildönümündən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür


O, Heydər Əliyevin onu necə şəxsi fotoqrafı kimi işə götürməsindən də danışıb: 

“O vaxt Heydər Əliyev Milli Məclisin sədri idi. Hazırlaşırdı ki, prezidentliyə namizədliyini versin. Reklam xarakterli portletləri çəkilməli idi. Gözlənilmədən mənə belə təklif gəldi. Məndən əvvəl şəkillərini çəkən olmuşdu, amma heç biri xoşuna gəlməmişdi. Ən müasir texnika məndə idi və televiziyada böyük bir sexin rəisi idim. Belə bir şəxsiyyəti heç vaxt çəkməmişdim, bir az çəkinirdim. Onun portretlərini Milli Məclisdə çəkdim.

Bir neçə gün sonra özünə təqdim edəndə, mənə tərəf dönüb “sən mənimlə işləyəcəksən” dedi. Köməkçisi məni yanına çağırdı. İçəri girəndə stolun üstündə qəzet və mən çəkdiyim şəklin böyük bir ölçüdə qəzet səhifəsində həkk olunduğunu gördüm. Çox ciddi şəkildə “bunu sən çəkmisən?” dedi. “Mən çəkmişəm, xoşunuza gəlmədi?” Gülərək, “çox gözəl şəkildir, hər zaman belə şəkillər çək” dedi”. 

Rafiq Bağırov Heydər Əliyevin üzünə neft çəkməsini əks etdirən fotonun da ona məxsus olduğunu bildirib:

“Azərbaycanda bu şəkil çox yayıldı. Ilk neft çıxırdı. Heydər Əliyev nefti əlinə, daha sonra üzünə sürtdü. Bir anlıq qaçaqaç düşdü. Bir xarici jurnalist qabağa qaçıb, o kadrı çəkməyə tələsdi. Mən ondan da irəli atılıb həmin kadrı tutdum və o şəkli məndən başqa heç kim çəkə bilmədi”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin