Afaq: “Rəfiqəm Nərgizlə xarici ölkədə qalmağa otel tapa bilmirdik” - VİDEO

Hazırda oxunan: Afaq: “Rəfiqəm Nərgizlə xarici ölkədə qalmağa otel tapa bilmirdik” - VİDEO

109111

“23 yaşında ailə qurdum. İki il sonra isə övladım oldu. Həyat yoldaşım dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Çox gözəl insan idi, yaxşı xasiyyəti vardı. Onunla aramda heç bir davam və ya insidentim olmamışdı. Hər ikimiz tərəfdən anlaşılmazlıq baş verdi, qərara gəldik və ayrıldıq”. 

Bizim.Media xəbər verir ki, bu sözlər aparıcı Afaq Gəncəli qonaq olduğu “Söz baz” maqazin verilişində deyib. 

Televiziya ulduzu problemlərini digər insanlara yansıtmamaq üçün məcburiyyətdən “maska”da gəzdiyini bildirib. 

“İndi də maskadayam. Elə şeylər var ki, düzünü desək, səhv anlayarlar. Özümüz olsaq belə bizi səhv anlayarlar. Ona görə o maskamı çıxarmaq istəmərəm. Ancaq evdə və ya çox yaxın bildiyim dostlarımın əhatəsində olanda o maskanı çıxarıram. Hərdən yaxınlarım mənə söyləyirlər ki, “Axı sən həmin Afaq Gəncəli deyilsən. Niyə özünü bu qədər xoşbəxt göstərirsən?” Bədbəxt qadın deyiləm. O qədər olub ki, 40 dərəcə hərarətlə, canım ağrısa da, məclisdə o qədər gülüb, canımın sağlam olduğunu göstərmişəm ki... Olub ki, qonaq yaxınlaşıb, şəkil çəkdirmək istəyib. Çəkdirmişəm, sonra da sosial şəbəkədə paylaşılan həmin şəkilə izləyicilər elə xoşaqəlməz şərhlər yazıblar ki,...

Canım ağrıyaraq, 40 dərəcə hərarətlə, şəkil çəkdirib gülmüşəm ki, gülüşümə bu rəyi yazasan? Axı bunu sənə yansıltmıram, bu neqativi ötürmürəm... Bu sənətdə olan hər bir xanım bu peşəni seçibsə və bu sənətdən dörd əl yapışıbsa, “Mən bezmişəm” deməyə ixtiyarı yoxdur”.
A.Gəncəli rəfiqəsi, aparıcı Nərgiz Məmmədova ilə birlikdə keçdiyi çətin günləri xatırlayıb, müalicə üçün xarici ölkələrdə həkim axtardığını açıqlayıb.  

“Yaxın rəfiqəm, aparıcı Nərgiz Məmmədovanın doğum günü idi. Məclisə çox insan gəlməmişdi. Üç-dörd nəfər var idi. Onunla bərabər duyğusal anlar yaşadım. Nərgiz 16 illik rəfiqəmdir. Biz onunla çox yollardan keçmişik. Bir il onunla bərabər yaşadım. Bəlli bir səbəblərə görə, bir il tək yaşadım. Onunla bir çox xarici ölkələrdə soyuqda, qarda bəlli qapılar döyürdük. Ehtiyacımız vardı həkimlərə. O yollardan keçmişik. Bunu heç kim bilmir.

Əlacsızlıqdan yolda olan keçidin kənarında oturub, bilmirdik hara gedək, kimə müraciət edək, əlacsız idik, otel tapa bilmirdik qalmağa. Yaxşı olardı ki, döydüyümüz qapılar üzümüzə xoş xəbərlə açılardı. Amma əfsuslar olsun ki, belə olmadı. Heç nəyə peşman deyiləm”. 
Qeyd edək ki, Afaq Gəncəli “Apo” ləqəbli Türkiyə vətəndaşı Abdullah Haşdemir ilə ailəli olub. Abdullah Haşdemir keçən ilin iyulunda vəfat edib. 

Cütlüyün bu evlilikdən Qədirxan adlı bir oğlu olub. 2015-ci ildə ağır xəstəlikdən oğlu da 11 yaşında dünyasını dəyişib. Onların hər ikisi Türkiyədə dəfn olunub.   

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin