Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.
Bizim.Media