Səudiyyə Ərəbistanında hündürlüyü 2 kilometr olan göydələn tikiləcək

Hazırda oxunan: Səudiyyə Ərəbistanında hündürlüyü 2 kilometr olan göydələn tikiləcək

109080

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan - Dubaydakı 828 metrlik “Bürc Xəlifə”dən iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir. 

Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Middle East Business Intelligence” jurnalı məlumat yayıb.

PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. 

Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın “Skidmore”, “Owings & Merrill”, “Adrian Smith & Gordon Gill Architecture”, “Kohn Pedersen Fox и Gensler”, “10Design”, fransız şirkətinə daxil olan “Egis” və Dubayın “Killa Design” şirkətləri iştirak edir.
2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan “Mirror Line” meqapolisinin tikintisinə başlanılıb.

Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin