ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasına məxsus “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ABŞ-ın hərbi üstünlüyünə həsəd aparır
Məlumata görə, hərbi gəmini Batumi limanında Gürcüstan DİN-in Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin kapitanı Ramaz Papidze qarşılayıb.
Səfərin ABŞ-la Gürcüstan arasında dənizçilik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıdığı vurğulanıb.
Destroyerin Gürcüstanın Sahil Mühafizəsi ilə planlaşdırılan təlimləri başa vurduqdan sonra, 6 fevral tarixində bu ölkənin ərazi sularından ayrılacağı bildirilib.
Qeyd edək ki, “Donald Kuk” hərbi gəmisi idarəolunan raketlər daşıyır.
Bizim.Media