Fransanın cənub-qərbində 100-dən çox insan evindən məhrum olub.
Bizim.Media Avropa KİV-nə istinadən xəbər verir ki, Fransanın cənub-qərbində daşqın nəticəsində 100-dən çox insan evsiz qalıb.
“Jyustin” qasırğasının yaratdığı çətinliklər Li-i-Qorann və Jironda departamentlərində yaşanıb. Marmand şəhərciyi və ətraf ərazilər isə tamamilə suyun altında qalıb.
Həmin görüntüləri təqdim edirik.
Bizim.Media