Xəbər verdiyimiz kimi, futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsində sensasiyalı şəkildə Portuqaliyanı məğlub edərək (1:0) yarımfinala yüksəlib.
Fransada yaşayan mərakeşlilər qələbə sevinci ilə küçələrə axışıblar. Fransa polisi isə onları döyərək aksiyalarının qarşısını kəsməyə çalışıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Futbol azarkeşləri ilə polis arasında toqquşma zamanı 40-a yaxın adam saxlanılıb.
Figaro yazır ki, şənbə günü axşam Yelisey meydanında Fransa və Mərakeşin qələbələrini 20 minə yaxın insan qeyd edib.
Mərakeş yığması 2022-ci il dünya çempionatının yarımfinalında məhz Fransa yığması ilə qarşılaşmalıdır.
Bizim.Media