Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsində sensasiyalı şəkildə Portuqaliyanı məğlub edərək (1:0) yarımfinala yüksəlib. Matç mərakeşli qapıçı Yassin Bono üçün əlamətdar olub.
Bizim.Media “Çempionat” saytına istinadən xəbər verir ki, qolkiper dünya çempionatında ardıcıl matçda top buraxmayan ilk afrikalı qapıçı adını qazanıb.
Qapıçı Portuqaliya, Xorvatiya və İspaniya seçmələri ilə oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Mərakeş ilə oyun Kriştiano Ronaldo üçün antrekordla yadda qalıb. Belə ki, portuqaliyalı forvard mundiallar çərçivəsində iştirak etdiyi ardıcıl 8 pley-off matçında rəqib qapısına yol tapa bilməyib.
Qətərdə keçirilən dünya çempionatı 37 yaşlı futbolçunun karyerasında beşinci mundial olub. Dünya çempionatlarında 22 matça çıxan Ronaldo 8 qol vurub. Forvard ancaq qrup mərhələsinin oyunlarında fərqlənib.
Ronaldo, həmçinin küveytli futbolçu Bader Al-Mutavanın rekordunu yeniləyib. Belə ki, o, milli komandada 196-cı oyununa çıxıb. Hər iki oyunçu eyni sayda oyunda milli komandalarının şərəfini qoruyub.
Mərakeş – Portuqaliya matçı başa çatdıqdan sonra Ronaldo göz yaşlarını saxlaya bilməyib. Mütəxəssislərin fikrincə, Qətər mundialı futbolçunun karyerasında sonuncu dünya çempionatı olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:11 / 11.12.2022
Ronaldonun göz yaşları, Portuqaliyanın məğlubiyyəti... - Dünya çempionatından FOTOREPORTAJ
Hazırda oxunan: Ronaldonun göz yaşları, Portuqaliyanın məğlubiyyəti... - Dünya çempionatından FOTOREPORTAJ
Hazırda oxunan: Ronaldonun göz yaşları, Portuqaliyanın məğlubiyyəti... - Dünya çempionatından FOTOREPORTAJ
108996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.