Ciddi fiziki travma alan qazilərimizin fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha 5 “RGO” ortopedik cihazı ölkəmizə gətirilib və artıq istifadə olunur.
Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır.
Bu barədə Bizim.Media-ya Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“YAŞAT”a toplanan vəsait 28 milyon manatı ötüb
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Alçina Amilqızı, Bizim.Media