“Diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tviterdə yazıb.
“Zəngilan Hava Limanında mülki təyyarələrin mühərriklərinin uğultusu. Bakı və Ankaradan olan diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”, - paylaşımda qeyd edilib.
Bizim.Media
