Londonda “Dünya xəzinələri - Azərbaycan” filminin təqdimatı keçirilib – FOTO   

Hazırda oxunan: Londonda “Dünya xəzinələri - Azərbaycan” filminin təqdimatı keçirilib – FOTO   

108872

Londonda “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin xüsusi təqdimatı olub. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, “Dünya xəzinələri – Azərbaycan” filmi Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə BAFTA-da (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası – red.) nümayiş olunub.

Film Heydər Əliyev Fondu və BP şirkətinin birgə tərəfdaşlığı ilə Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb. 

Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, Pakistan, Qazaxıstan və Gürcüstanın Londondakı səfirləri, Britaniyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan icmasına təşəkkürünü bildirib, son illərdə görülən işləri təqdir edib. O, Azərbaycan və Britaniya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Səfir həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkəmizin bütün dövlətlərə nümunə olmasında oynadığı roldan danışıb. 

Qeyd edək ki, tarixçi, yazıçı və "Dünya Xəzinələri"nin müəllifi və aparıcısı Betani Hyuz tərəfindən çəkilən film "BBC World News" da daxil olmaqla bir çox beynəlxalq mətbuat orqanlarında və televiziyalarda yayımlanıb. 

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin