Bu içki kişiləri infarkt və xərçəngdən QORUYUR 

Hazırda oxunan: Bu içki kişiləri infarkt və xərçəngdən QORUYUR 

108862

Yaşıl çayın tibbə az məlum xüssusiyyəti kişilərdə xərçəng və ürək xəstəliyinə qarşı effektivdir.

Bizim.Media Bakupost.az-a istinadən xəbər verir ki, endokrinoloq Zuhra Pavlova yaşıl çayda olan yüksək miqdarda polifenol-epiqallokatexin qallatın kişi hormonal sisteminə təsirini açıqlayıb.

O bildirib ki, bu maddənin təsiri altında kişi hormonu testosteron və estradiolun aktivliynə cavabdeh aromataza fermenti azaldırılır.

“Çox halda aromataza həddən artıq aktiv işlədikdə, hormonal disbalans yaranır və kişidə qadın hormonu çoxalır. Bu da kişilərdə ürək-damar xəstəlikləri, xərçəng riskini dəfələrlə artırır. Ona görə də yaşıl çay içmək kişilərdə bu arzuolunmaz prosesi tənzimləyir.
Qallat onkoprotektor kimi təsir edir, o həm şişlərin əmələ gəlməsi, həm də onların böyüməsinin qarşısını ala bilir”, - deyə endokrinoloq qeyd edib.

Həkim bildrib ki, hər gün 3-5 fincan yaşıl çay içmək də olmaz: “Onu yeməkdən 2-3 saat sonra gündə 1-2 fincan içmək yetərlidir. Ümumiyyətlə, istənilən çayı yeməklə və ya dərhal sonra içmək olmaz. Bunlar güclü absorbentdir, qida ilə daxil olan mineralları qovur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin