Çində ilk C919 təyyarəsi təqdim olunub

Hazırda oxunan: Çində ilk C919 təyyarəsi təqdim olunub

108856

 Çin istehsalı olan ilk darfüzelyajlı C919 təyyarəsinin təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsalı olan ilk C919 sərnişin təyyarəsi birinci uçuşunu dekabrın 9-da Şanxayın “Pudon” hava limanından “Honçiao” hava limanına edib.

“Çin Şərq Hava Yolları” şirkəti ilk mərhələdə 5 ədəd C919 təyyarəsi sifariş edib.

Qeyd edək ki, oktyabrda Çinin səlahiyyətli qurumu C919 təyyarələrinə uçuş sertifikatı verib. C919 Çinin milli təyyarə istehsalı sahəsində uzun illər apardığı işin nəticəsidir.

Standart uçuş məsafəsi 5500 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin