“Bütün suallarınız üçün xahiş edirəm, Altunyanla əlaqə saxlayın, o, bütün bu sualları cavablandıracaq”.
Bizim.Media xəbər verir ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bunu 5 fevralda parlamentdəki jurnalistlərə verdiyi müsahibəsində deyib.
“Hakim “Mənim addımım” blokunun deputatı Anuş Beqloyanın “30 ildir ordumuz olmayıb?” açıqlamasına münasibətiniz necədir?” sualına Arutyunyan cavab verməyib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan tezliklə müxalifətçilərə qarşı real repressiyalara başlayacaq
Nazir “Bəziləri “Şuşi”yə Şuşa deyir, buna normal baxırsınızmı?” (Bu da Anuş Beqloyanın açıqlamasıdır) sualını da cavabsız qoyub.
Jurnalistlər, eyni zamanda əsirlərlə və qondarma rejimin “ordusunun” ləğvi ilə bağlı sualları da nazirə ünvanlayıblar.
Vaqarşak Arutyunyan bu suallara da cavab vermədən parlamentin binasını tərk edib.
Bizim.Media