İsveçrə Aİ-yə üzv olmaq istəmir – LAKİN… 

Hazırda oxunan: İsveçrə Aİ-yə üzv olmaq istəmir – LAKİN… 

108842

İsveçrə Avropa İttifaqına (Aİ) qoşulmadan ikitərəfli sazişlər əsasında qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək kursuna sadiqliyini bir daha təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının məruzəsində məlumat verilib.

Bildirilib ki, münasibətlərin belə variantı iqtisadi səmərə ilə siyasi fəaliyyət azadlığı arasında balansı saxlamağa imkan verir.

Federal Şuranın fikrincə, Aİ-yə mümkün üzvlük Avropa İttifaqına üzv dövlətlərin “əsasən hökumətləri vasitəsilə hərəkət etdiyini” nəzərə alaraq, hökumətin parlament qarşısında “çəkisini” artıracaq.
“O zaman xalq və kantonal hakimiyyət siyasətin müəyyən edilməsində real iştirak baxımından səlahiyyətlərinin azaldılması riski ilə üzləşəcək”, - deyə hökumətin məruzəsində qeyd edilib.

Bundan əlavə bildirilib ki, Aİ-yə daxil olduqdan sonra “insan hüquqlarının” tətbiqi sahəsindəki səlahiyyətlərin bir hissəsi Avropa institutlarına ötürülmə səbəbindən məhdudlaşdırılacaqdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin