"G7 Zelenskinin sülh planını dəstəkləyir" - Səfir

Hazırda oxunan: "G7 Zelenskinin sülh planını dəstəkləyir" - Səfir

108807

"ABŞ və digər G7 ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink "24tv.ua"ya müsahibəsində deyib.

"ABŞ və G7 ölkələri Zelenskinin sülh planının müharibəni bitirmək üçün məqsədəuyğun plan olduğuna inanır. Bu gün Rusiya yenidən Ukrayna şəhərlərinə 70 raket atıb. İndi tam aydındır ki, ruslar müharibəni bitirmək istəmirlər. ABŞ Zelenskinin planında təklif olunan sülhü dəstəkləyir” deyə səfir qeyd edib.
Məlumat üçün bildirək ki, Zelenskinin təklifinə görə sülh üçün rus qoşunları tutduqları Ukrayna ərazilərindən çıxmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin