Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmağa yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O, nizamlanma məsələsinin 20 və 21 oktyabrda Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun erməni və azərbaycanlı həmkarları ilə ayrı-ayrı görüşləri zamanı müzakirə olunduğunu xatırladıb.
“Əvvəlki kimi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında işləyirik. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda keçirilməsi planlaşdırılır”.
Bizim.Media