Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar tətbiq ediləcək

Hazırda oxunan: Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar tətbiq ediləcək

108738

Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar tətbiq ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanuna təklif edilən dəyişikliyə əsasən, telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir.

Belə ki, sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır.

Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir. 
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin