“Kür çayını keçdikdən sonra İran televiziya və radio tezlikləri informasiya məkanımıza daxil olur”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyimizin çox vacib tərkib hissəsidir. İran televiziya və radiolarının bizim informasiya məkanına daxil olmasının qarşısı alınmalıdır.
Bundan əlavə, Yardımlı rayonunun sərhəd kəndlərinə gedəndə telefonumuza mesaj gəlir:
““İran İslam Respublikasına xoş gəlmisiniz”. Bunun da qarşısı alınmalıdır. Bu, bizim informasiya təhlükəsizliyimizə ziddir”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 09.12.2022
İran radioları Azərbaycanda bloklanmalıdır – TƏKLİF
Hazırda oxunan: İran radioları Azərbaycanda bloklanmalıdır – TƏKLİF
Hazırda oxunan: İran radioları Azərbaycanda bloklanmalıdır – TƏKLİF
108732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.