Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın yanındayıq - Dövlət Komitəsi

Hazırda oxunan: Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın yanındayıq - Dövlət Komitəsi

108728

"Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik". 

Bizim.Media xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib. 

O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb. 

"Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir", - F.Muradov söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin