“Biz ayrı-ayrı qurumlarla bağlı müəyyən addımlar atırıq. Lakin medalların verilməsi məsələsi özü ilə bərabər bəzi problemləri də gətirdi”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
“Sosial şəbəkələrdən görürük ki, 44 günlük müharibə zamanı yüzlərlə insana layiq olmadığı halda orden və medallar verildi. Qurumların rəhbərliyində olan şəxslər kimi istəyirlərsə, onun adını yazıb verirlər, ordenə layiq olanlar qalır kənarda. Bu məsələyə nəzarətin gücləndirilməsinin vacib olduğunu hesab edirəm”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:48 / 09.12.2022
"Müharibədə haqqı çatmayanlara da medallar verilib” - Fazil Mustafa
Hazırda oxunan: "Müharibədə haqqı çatmayanlara da medallar verilib” - Fazil Mustafa
Hazırda oxunan: "Müharibədə haqqı çatmayanlara da medallar verilib” - Fazil Mustafa
108726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.