İranın Almaniyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Frans Press“ agentliyi məlumat yayıb.
Diplomat İranda etirazçının edam edilməsi xəbərindən sonra nazirliyə çağırılıb.
Xatırladaq ki, İranda təhlükəsizlik qüvvələrinə hücum etməkdə və yaralamaqda təqsirli bilinən iğtişaşçı Möhsün Şikari edam edilib.
Bizim.Media