COVİD-lə bağlı yeni TƏLİMAT: 3 doza vaksini olmayanlar BU YERLƏRƏ buraxılmayacaq

Hazırda oxunan: COVİD-lə bağlı yeni TƏLİMAT: 3 doza vaksini olmayanlar BU YERLƏRƏ buraxılmayacaq

108579

Sosial şəbəkədə yayılan məlumatlara görə, COVID-19 pasportu ilə bağlı bir sıra yerlərə yeni təlimat verilib. Bildirilir ki, “mall”lara 3 doza vaksin vurdurmamış şəxslərin girişi məhdudlaşdırılır.

Xüsusilə də “mall”larda fəaliyyət göstərən kinoteatrlarda “buster” doza ilə peyvəndlənməmiş şəxslər içəri daxil ola bilməzlər. Bu qadağa ölkədə fəaliyyət göstərən teatr və böyük konsert salonlarına da aiddir.
Digər bir məlumata görə isə Azərbaycan Milli Elmlər Akademiyasında işçilərdən 3 doza vaksin tələb edilməyə başlanıb. Əks halda işçilər işə buraxılmırlar. 

Hazırda qüvvədə olan qanuna görə ancaq 3 doza peyvənd olunmuş şəxslərin COVID-19 pasportu müddətsiz və peyvənd sertifikatı tələb olunan bütün yerlərdə keçərli sayılır.  

Bizim.Media-nın əməkdaşı səsləndirilən iddialara cavab tapmaq üçün kinotetrların müxtəlif filialları ilə əlaqə saxlayıb. Əksəriyyətindən əminliklə bildirilib ki, 2 doza vaksin pasportu olanlar rahat içəri keçə, film izləyə bilərlər.

Lakin “28 Mall” və “Gənclik Mall”dakı filiallardan qeyd olunub ki, “mall”a daxil olarkən 3 doza vaksin pasportu tələb olunur. 

Öz növbəsində, AMEA ilə əlaqə saxlayaraq səsləndirilmiş iddiaya cavab tapmağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin