Türkiyənin Rusiya qazına 25 faizdən çox endirim tələb edəcəyi iddia edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Rusiya rəsmiləri sabah Ankarada görüş keçirəcək. Xəbərdə sabahkı iclasda Türkiyənin Rusiya qazına görə 25%-dən çox endirim tələb edəcəyi qeyd olunub.
Həmçinin bildirilib ki, Ankara endirimin 2023-cü il ilə yanaşı 2022-ci ildə edilən bəzi ödənişlərə də şamil olunmasını təmin edəcək. İstənilən endirim səviyyəsinə nail olunmazsa, səlahiyyətli orqanlar ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına nail olmağa çalışacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Region
15:56 / 08.12.2022
Türkiyə Rusiyadan alınan qaza 25% endirim tələb edəcək
Hazırda oxunan: Türkiyə Rusiyadan alınan qaza 25% endirim tələb edəcək
Hazırda oxunan: Türkiyə Rusiyadan alınan qaza 25% endirim tələb edəcək
108556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.