Əli Mirəliyevin xanımı: “Gəlinim mənə ölüm arzuladı” - VİDEO

Hazırda oxunan: Əli Mirəliyevin xanımı: “Gəlinim mənə ölüm arzuladı” - VİDEO

108523

“Mən də uşaq saxlamışam. Gəlinim gedib. Oğul nəvəm Əlinin yeddi yaşı vardı. Həyat yoldaşım Əli müəllimlə (müğənni Əli Mirəliyev – red.) onu birlikdə böyütdük. Hazırda onun 19 yaşı var”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində  deyib.

Sənətkarın xanımı bildirib ki, həyat yoldaşı Əli Mirəliyevlə oğullarının övladını birlikdə böyüdüb. Bu illər ərzində isə anası nəvəsi ilə maraqlanmayıb. Nəvəsi 17 yaşı tamam olduqdan sonra isə uşağın anası Anaxanımla görüşərək, onu uşağını əlindən alması ilə ittiham edib.
 

Bundan sonra isə onlar arasında münaqişə yaranıb:

“Nəvəmin 17 yaşı olanda onu ölkədən çıxartmaq istədim. Ali təhsil alması üçün təyinatını Ankara şəhərinin “Ostim” universitetinə verdik. Onu götürüb birlikdə Ankaraya getdik. Nəvəmin ölkədən çıxması üçün isə anası icazə verməli idi. Anası ilə danışdım və o, buna razılıq verdi. Sənədlərini verəndə isə uşağın ana nənəsinin evində qeydiyyatda olduğu üzə çıxdı.

Sonradan “Asan xidmət” vasitəsi ilə bəlli oldu ki, onu məhkəmə qeydiyyatdan çıxarıb. Nəvəmin atası və ata tərəfdən nənəsi və babası dünyasını dəyişib. Anası isə sağdır. Nəvəm anası ilə “Asan xidmət”də görüşüb. Bu haqda mənə xəbər verdi.

Məndən anası ilə görüşmək üçün icazə istədi. Təbii ki, ona bu icazəni verdim. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki,  sən uşağımı əlimdən almısan. Buna görə də, Allah sənə dərd verib.

Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaqla Allah mənə bu dərdən qurtulmaq üçün dərman da verəcək. Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Amma bunlar haqda mənim oğlumun xəbəri olmayıb.

Bu haqda ona heç nə deməmişəm. Bilsə, çox böyük stress keçirər. Elə olub ki, oğlum xəstə-xəstə nəvəmi çimdirib, dırnaqlarını tutub və ona baxıb. Amma anası ona yaxın durmadı. Nəvəm isə bundan psixoloji travma aldı. Nəvəm ikinci kursda oxuyur. Çox tərbiyəli uşaqdır. Biz ondan çox razıyıq”.

Söhbət əsnasında Anaxanım Mirəliyeva övladlarından da söz açıb:

“Bizim çox tərbiyəli övladlarımız var. Qızımız İncəsənət Gimnaziyasında 20 ildir işləyir. O həmçinin konservatoriyada da dərs deyir.

Oğlum İdman Universitetinin məzunudur. Biznesi olub. Müəyyən səbəblərə görə biznesinə son qoydu. Amma buna baxmayaraq onun indi də qazancı var. Bizə baxır. Qızımızın qızını nişanlamışıq. Allah mənə ömür versin qız nəvəmin toyunu görüm”.

Qeyd edək ki, Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyevanın bibisi qızı mərhum Xalq artisti İlhamə Quliyevadır. i.Quliyevanın anası mərhum Xalq artisti Tükəzban İsmayılova isə Anaxanım Mirəliyevanın bibisidir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin