"YAŞAT" Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ

Hazırda oxunan: "YAŞAT" Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ

108492

Bu günə kimi "YAŞAT" Fondunun hesabına 75 846 318.85 vəsait mədaxil olub, 71 612 351.53 AZN məbləğində vəsait xərclənib.

Bizim.Media xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda fondun büdcəsində 4 233 967.32 AZN vəsait var:

"Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 41 042 300.00 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 1 347 611.19 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 772 442.30 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 22 449 998.04 AZN olub. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 41 042 300.00 AZN təşkil edir.
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 448, itkin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib".

Fondun rəhbəri vurğulayıb ki, ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 14 744 şəxsi öhdəliyə götürüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin