Azərbaycanın bu nazirliyi Avropa İttifaqından dəstək istədi

Hazırda oxunan: Azərbaycanın bu nazirliyi Avropa İttifaqından dəstək istədi

108396

Energetika Nazirliyində Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. 

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığı, İqtisadi və İnvestisiya Planı çərçivəsində Azərbaycanda bərpa olunan enerji sahəsinə investisiya cəlbinə dair müzakirələr aparılıb. 

Avropa İttifaqı ilə 2022-ci il 18 iyul tarixində imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının prioritet layihələrin müəyyənləşdirilməsi üçün platforma olduğu qeyd edilib.
“Yaşıl enerji”nin və “yaşıl” hidrogenin istehsalı - ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılmasının hər iki sənəddə əksini tapdığı və bu istiqamətlərdə fəaliyyətin həyata keçirilməsinə maliyyə dəstəyinin vacibliyi vurğulanıb. 

Bu kontekstdə Avropa İttifaqının maliyyə dəstəyinin zəruri hesab edildiyi konkret layihələr təklif edilib.

Xüsusilə, Qara dəniz sualtı elektrik xətti, “yaşıl” hidrogen layihələri, azad edilmiş ərazilərdə evlərin damına günəş panellərinin qurulması, istilik təchizatının qurulması və binalarda enerji səmərəliliyi ilə bağlı maliyyə və texniki dəstək xarakterli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin