Belçika məhkəməsi İran diplomatını 2018-ci ildə qarşısı alınan partlayış hazırlamaqda günahkar hesab edərək 20 il həbs cəzasına məhkum edib.
Bizim.Media xəbər verir ki, Vyanada yaşayan diplomat Assadola Assadi 2018-ci ilin iyununda İran Milli Müqavimət Şurasının mitinqini partlatmaqda günahkar hesab edilib.
MÖVZU İLƏ BAĞLI:
İran Ukraynaya təzminat ödəyəcək – Təyyarə qəzası - FOTO
Terror hücumu Alman, Fransa və Belçika polisi tərəfindən dayandırılıb.
Cümə axşamı günü İran rəsmisinə elə ilk məhkəmə prosesində 20 il həbs cəzası verilib.
İran Xarici İşlər Nazirliyi hökmü "şiddətlə qınayıb" və Assadinin tutulmasının və mühakimə olunmasının qanunsuz olduğunu, 1961-ci il Diplomatik Əlaqələr Konvensiyasının pozulduğunu deyib.
Bizim.Media