Azərbaycan Zəngəzur dəhlizini alanadək dayanmayacaq

Hazırda oxunan: Azərbaycan Zəngəzur dəhlizini alanadək dayanmayacaq

108381

“Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin bir neçə məqsədi var”.

Bizim.Media xəbər verir ki,  bu fikirləri “Ermənistan” parlament fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, hər iki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq səviyyəsini və döyüş hazırlığını artırır:

“Birincisi, əgər təlimlər Ermənistan və İran sərhəddində keçirilirsə, məhz bu ölkələrə qarşı yönəlib. İkincisi, Ermənistan və İrana qarşı güc nümayişidir”.

Müxalifətçi qeyd edib ki, bu regionda Qərblə İran arasında qarşıdurma var və Türkiyə Qərbin Cənubi Qafqaz regionunda təmsilçisidir.

S.Ohanyan onu da vurğulayıb ki, region kifayət qədər gərgin dövr yaşayır, xüsusilə Ermənistan və “Arsax”da (Qarabağdakı qondarma rejim) təhlükəsizlik mühiti son dərəcə kövrəkdir, hər an hərbi əməliyyatlar başlaya bilər.

“Azərbaycan Zəngəzur dəhlizini alanadək dayanmayacaq. Bu hərbi təlimlər Türkiyə ilə əməkdaşlığın səviyyəsini yüksəldəcək. Belə olan halda Ermənistan Silahlı Qüvvələri hərbi-siyasi vəziyyəti dəyərləndirməli, oxşar hərbi təlimlərin keçirilməsi istiqamətində ciddi işlər görməlidir. Bu, bir xəbərdarlıqdır, çünki biz Azərbaycanla həmsərhədik. Rəsmi Bakı sərhədlərimizdə ciddi maneələr görməsə, dayanmayacaq”, - S.Ohanyan yekunlaşdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin