Terrorçuluğa dəstək ən çox bank köçürmələri ilə həyata keçrilir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, Azərbaycan terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını alır.
“Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün keçirilən birgə iclasda terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:59 / 07.12.2022
"Terrora dəstək ən çox bank köçürmələri ilə baş tutur" - Ziyafət Əsgərov
Hazırda oxunan: "Terrora dəstək ən çox bank köçürmələri ilə baş tutur" - Ziyafət Əsgərov
Hazırda oxunan: "Terrora dəstək ən çox bank köçürmələri ilə baş tutur" - Ziyafət Əsgərov
108316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.